Dünya

Sergey Şoyqunun müavini vəzifəsindən azad edilib

Sharing is caring!

Dmitri Bulqakov Rusiya Federasiyası müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsindən azad edilib. Onun əvəzinə bu vəzifəyə Mixail Mizintsev təyin edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qərar onun başqa işə keçməsi ilə əlaqədar verilib.

Qeyd edək ki, ordu generalı Dmitri Bulqakov 2008-ci ilin dekabrın 2-dən müdafiə nazirinin müavinidir. Onun indi hansı vəzifəni tutacağını hərbi idarə dəqiqləşdirməyib.

General-polkovnik Mixail Mizintsev əvvəllər Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir