Ölkə

Yağış, qar, şaxta, duman, külək…

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 774 mm civə […]

Xarici siyasət

Kanada senatı ermənipərəst senatorların təşəbbüsünü rədd etdi

Kanadada qondarma rejimin müstəqilliyinin tanınması bir neçə saat öncə gözlənilmədən senatda müzakirəyə çıxarılıb və rədd edilib. Ermənipərəst senator Leo Housakos bunu erməni xalqı üçün kədərli gün adlandırıb. Bu barədə o, “Twitter” hesabında yazıb. “Bu gün erməni xalqı üçün kədərli gündür. Qanun layihəsi rədd edildi”, – deyə Housakos qeyd edib.

Media

İTV-nin jurnalistinə nazirlikdə vəzifə verildi

Tanınmış jurnalist, İctimai Televiziyanın ən məşhur reportyorlarından hesab olunan Sərvər Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində fəaliyyətə başlayıb. O, bundan sonra sözügedən qurumun müvafiq şöbəsində baş mütəxəssis kimi çalışacaq. 2016-cı ilədək Xaçmazda fəaliyyət göstərən ARB Şimal Televiziyasının Şef redaktoru, sonra isə Xəzər TV-də yayımlanan “Oyan, […]

MDB

MDB dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının iclasının tarixi bəlli oldu

MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 10-da videokonfrans formatında keçiriləcək. İclasa Özbəkistan sədrlik edəcək. “İnterfaks”ın məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan və Özbəkistan Xarici İşlər nazirləri iştirak edəcəklər. Bildirilir ki, iclasda əldə olunan nəticələr və Birlik […]

Cəmiyyət

Avtobuslarda tibbi maskaya görə cərimələnənlərin sayı açıqlandı – RƏSMİ

Noyabrın 30-dan dekabrın 6-dək ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən 533 şəxs aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 30-dan dekabrın 6-dək tarixlərdə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələri təmin etməyən 46 sürücü müəyyən olunub. Polis və Daxili Qoşunların hərbi […]

Gündəm

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev koronavirusa yoluxub. Bu barədə Baku.ws-ə Anar Qədiməliyev özü məlumat verib. Onun sözlərinə görə, hazırda ev şəraitində müalicə alır. “Hazırda ev şəraitində müalicə alıram. Müalicəmin onuncu günüdür. Şükürlər olsun, səhhətim normaldır, müalicə prosesim davam edir”, – deyə idarə müdiri bildirib. Məlumat üçün qeyd edək ki, Anar Qədiməliyev cari ilin […]

Ölkə

DYP-dən XƏBƏRDARLIQ: Sabah Bakıda bağlı olacaq yolların SİYAHISI

10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında “Zəfər paradı” keçiriləcək. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq, Ağ Şəhər bulvarına bitişik ərazidən keçərək, Dəniz vağzalı, Azadlıq meydanı, Dənizkənarı bulvar boyu, Neftçilər prospekti, Azneft […]

Xarici siyasət

İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  

AKTUAL

DTX rəisi Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri ilə görüşdü – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub. General-polkovnik Əli Nağıyev Azərbaycan əsgərləri ilə söhbət edərək, onların problemləri ilə maraqlanıb. Eyni zamanda, DTX-nin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə edib və Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovla görüşüb.  

Bölgə

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu yenidən qurulub – FOTO

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun ( 6 metr hərəkət hissə, 2×2 metr çiyin hissələr) yenidən qurulub. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılıb, qazılmış hissələrinin doldurulub, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülüb. Agentlik tərəfindən 26 kilometr uzunluğunda olan avtomobil yolunun yenidən qurulması işləri […]