Gündəm

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

Sharing is caring!

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev koronavirusa yoluxub.

Bu barədə Baku.ws-ə Anar Qədiməliyev özü məlumat verib.

Onun sözlərinə görə, hazırda ev şəraitində müalicə alır.

“Hazırda ev şəraitində müalicə alıram. Müalicəmin onuncu günüdür. Şükürlər olsun, səhhətim normaldır, müalicə prosesim davam edir”, – deyə idarə müdiri bildirib.

Məlumat üçün qeyd edək ki, Anar Qədiməliyev cari ilin iyul ayının 20-dən Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsini icra edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir