Xarici siyasət

Əliyev Azərbaycan üçün yeni bir zəmin yaratdı – Vazgen Manukyan

Ermənistanın müxalif Vətəni Qurtarmaq Hərəkatından baş nazirliyə namizəd olan Vazgen Manukyan, 11 yanvarda Moskvada imzalanan üçtərəfli bəyanatı Ermənistan üçün növbəti biabırçı məğlubiyyət hesab edib. XəbərAl.az xəbər verir ki, bu barədə o,  təşkilatın “Facebook” səhifəsində paylaşım edib. O qeyd edib ki, Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etmədi. Azərbaycan isə bir daha istədiyini aldı: “Bütün […]

İqtisadiyyat

Bu dövlət qurumu yarım milyonluq müqavilə bağladı – İnternet xidməti üçün

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi dəyəri yarım milyon manatdan çox olan tenderə yekun vurub. XəbərAl.az xəbər verir ki, qalib gələn şirkətlə müqavilə bağlanıb. Müqaviləyə görə, tenderi udan “Delta Telekom LTD” MMM dövlət qurumuna internet xidməti göstərəcək və ya göstərib.  Ona görə “və ya göstərib” kimi qeyd edirik ki, bu xidmətin başlanma tarixi elektron […]

Təhsil

Məktəblərdə dərslər ənənəvi qaydada keçiriləcəkmi? – RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi yaxın zamanlarda ümumtəhsil müəssisələrində dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib. XəbərAl.az-ın məlumatına görə, Nazirliyin İctimiayyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib: “Bu qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu qərar mövcud […]

İncəsənət

“Bu təhsillə sənətkar yetişdirmək mümkün deyil“ – Mələkxanım Əyyubova

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Nazirlər Kabinetinin qərarına görə xüsusi karantin rejimi dövründə tədrisin distant formada təşkilinin müddəti də uzadılıb. Bununla da distant təhsil müddətinin uzadılması sosial şəbəkələrdə yenidən müzakirə mövzusuna çevrilib. Bunun təhsilin keyfiyyətinə mənfi təsir etdiyi barədə fikirlər […]

AKTUAL

Hande Harmancıdan vaksinlərlə bağlı AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir, vaksinlərin prekvalifikasiya proseduru keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürdür. Buna baxmayaraq, ölkələrdəki yerli qurumların peyvəndləri qiymətləndirmək və onlarla bağlı qərar qəbul etmək səlahiyyəti və yurisdiksiyası var. XəbərAl.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə […]

Mədəniyyət

Mehriban Əliyeva Zəfər muzeyi ilə bağlı tapşırıq verdi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı […]

Gündəm manset

“DOST İş Mərkəzi məni aldadıb” – GİLEY

“Ötən ilin əvvəli mətbuata müraciət etdim, o müraciətimdən sonra rayonumuzun Məşğulluq Mərkəzindən mənimlə əlaqə saxladılar, ora dəvət etdilər. Getdim, dedilər, DOST İş Mərkəzi səninlə iş müqaviləsi bağlamaq istəyir, işlə təmin olunursan. Müqavilə bağlandı, müqavilənin surətini istədim, mənə vermədilər. Mənə bir kart verildi, dedim, bəs iş nədən ibarət olacaq? Dedilər, get, otur evdə, maaşın karta vurulacaq. […]

AKTUAL

Üç il əvvəl “ruh görən” gənc kimi, bu gün “psixoterapevt” kimi təqdim olundu – ATV-nin efirində (VİDEO)

Rejissor Vüsalə Mirzoyeva ATV-nin “Həkimsən” tibbi verilişində psixoterapevt kimi təqdim olunan “Ailə Psixoloji Xidmət və Nitq İnkişafı Mərkəzi”nin həkimi Orxan Şəfizadə haqda ciddi faktın üstünü açıb. Belə ki, xanım rejissor bu gün həkim (psixoterapevt) deyə təqdim edilən bu gəncin əslində ixtisaslı həkim olmadığını bildirib. Onun sosial şəbəkədə O.Şəfizadə ilə bağlı yazdığı statusu təqdim edirik: “Mən […]

Ölkə

Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq

Prezident İlham Əliyev Əmək Məcəlləsində edilən dəyişikliklə bağlı Qanunu təsdiqləyib. Təsdiqlənmiş dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr – Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə isə məcəlləyə yeni – 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının […]