Araşdırma

“Ziraat Bank” bağlana bilər: MAXİNASİYA, İNAMSIZLIQ

Sharing is caring!

Hamımız bilirik ki, Türkiyə Azərbaycan qardaşlığı danılmazdır.Tarixi köklərə söykənən bu qardaşlıq nəsildən-nəsilə ötürülməklə uğurla davam etdirilir.Heç bir qara qüvvə iki dövlət arasında münasibətə xələl gətirə bilməz.Amma hər iki dövlət də bəzi, şirkətlər var ki, yarıtmaz fəaliyyəti insanlar da narahatçılıq yaradır.

Bu şirkətlərdən də biri qardaş Türkiyənin Azərbaycanda fəaliyyət göstərən bankı “Ziraat Bank”dır.Bu bank haqqında mətbuat da daima faktlarla xoşagəlməz yazılar dərc olunmağına baxmayaraq “Ziraat bank” öz fəaliyyətini davam etdirməkdədir.

Xatırladaq ki, Söhbət  Ziraat Bankdan düşəndə istər-istəməz adamın gözünün önünə  türk düşməni Fətullah Gülən ( FETÖ ) gəlir. 

Heç eşitmisiniz ki, kimsə “Ziraat” bankdan kredit götürüb xeyir tapsın? Bank faizi o qədər yüksəkdir ki, çətin bu olsun. Çətin şərtlər,tələblər buna imkan vermir.

Xəbəral.az xəbər verir ki, “Ziraat” sözü Türkiyə türkcəsindən tərcümədə “kənd təsərrüfatı” deməkdir… Adına yaraşırmı?!

Bu ilin ikinci rübündə bankın aktivlərinin həcmi 154 milyon manat, kredit portfeli isə 65 milyon manat təşkil edib. Ən təəccüblü məqam ondan ibarətdir ki, bankın kreditlər üzrə məqsədli ehtiyatları cəmi 23 min manat təşkil etməkdədir. Maraqlıdır, görəsən, bu məhdud məbləğlə bank gözlənilməz risklərdən necə qorunmağı düşünür?

Daha bir mühüm məqam: dünya şöhrətli bir bankın Azərbaycandakı törəməsi sahib olduğu kredit portfelinin 88%-ini cəmi 14 borcalana verib. (2016-ci ilin yekun hesabatı – red.) Bu cür məhdud müştəri qrupu ilə çalışmaq axı nə Türkiyə, nə də Azərbaycan bankı üçün təqdir olunası bir hal deyil.

“Ziraat Bank Azərbaycan”ın rəsmi saytında yerləşdirilən hesabata görə, məcmu kapital rüblər üzrə dəyişsə də (50 milyon, 57 milyon, 60 milyon manat), məcmu kapitalın adekvatlıq əmsalı 10 faizdən nə aşağı olur, nə də yuxarı. Doğrudur, 10 faiz adekvatlıq əmsalı Mərkəzi Bank tərəfindən qoyulmuş normadır… Amma belə bir təsəvvür yaranır, sanki bank özü rəqəmləri elə tənzimləyir ki, 10 faizlik normadan aşağı düşməsin.

Bankın korporativ məsuliyyət nümunəsi

Göründüyü kimi, faktların yer aldığı hər bir hissə cavab tələb edir.

Xəbəral.az saytı sözügedən məsələ ilə bağlı “Ziraat bank” rəsmisindən açıqlama almaq istəsək də, cəhtlərimiz boşa getdi.

Mövzuya qayıdacağıq…

Yazıda müxtəlif saytların matreallarından istifadə olunmuşdur.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir