Cəmiyyət

Azərbaycanda yeni “narkotik” vasitə – Azərlotereyanın “Poz-Qazan” layihəsi

Sharing is caring!

Artıq həyəcan təbili çalınmasının vaxtı gəlib. Sadə insanlar bu lotereyaların qurbanına çevrilib.


“Azərlotoreya”nın əhaliyə kütləvi hücumu davam edir. Hər bir dayanacaq, hər bir metro çıxışı və ümumiyyətlə əhalinin sıxlığı olan ictimai yerlərdə “Azərlotoreya” açıq və nümayşkarcasına faktiki soyğunçuluq həyata keçirir.

Düşündürən isə odur ki, bu soyğunçuluğa reaksiya verməyə borclu olan dövlət qurumları, hüquq-mühafizə orqanı niyə əhalinin talanmasına göz yumur axı?

Bir ara səngimiş bu fırıldaqçılığa “Azərlotoreya” iki, üç şirnikləndirici uduş verməklə yeni nəfəs verib. Uşaq, böyük, qoca, cavan, qadın, kişi açıq şəkildə soyulur. İnsanlar bütün əmək haqlarını, pensiyalarını son qəpiyinə kimi uduzub, ac yalavac qalır, ailələrdə sosial gərginlik yaşanır, məişət tarazlığı pozulur, ailələr dağılma səviyyəsinə çatdırılır.

Məgər insanları, ailələri və qısası əhalini qorumaq dövlətimizin əsas vəzifəsi, borcu deyilmi?! Bəs onda dövlətimiz bu talançılığa niyə reaksiya vermir? Açıq şəkildə küçələrdə bu latareyaların satışını dayandırmaq lazımdır. Ümüd edirik aidiyyatı qurumlar bu soyğunçuluğun qarşısını alacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir