Ana Səhfə

“Ürəyim doludur…” – Ayandan sevgi etirafı

Müğənni Ayan Babakişiyeva “5/5” verilişinin qonağı olub.

XəbərAl.az-ın məlumatına görə, sənətçi aparıcı Zaur Kamalın “Nə oldu, hər şeyi satıb getdin, heç nə yoxdur burada?” sualına belə cavab verib:

“Evi bir dəfə satıb getdim. İndi hər şeyi geri qaytarmışam. Demişdim, gedirəm, amma dönüşüm möhtəşəm olacaq. Oldu da… Məcbur qaldım, çıxdım getdim, nə etməli idim?”.

Ayan bildirib ki, Türkiyədə müğənniliklə bağlı heç bir iş görməyi düşünmür:

“Oradakılara bizim müğənnilər lazım deyil. Nə etsəm burada edəcəm. Sənətim zirvəsində getdim, amma yerimi heç kim tutmadı. İndi gəldim və davam edirəm”.

Şəxsi həyatı ilə bağlı suallara isə Babakişiyeva “Ürəyim doludur…” cavabını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir