Dünya

Ed Şiran və Adel Kral III Çarlzın tacqoyma mərasiminə qatılmaqdan imtina etdilər

Sharing is caring!

Ed Şiran və Adel Kral III Çarlzın tacqoyma mərasiminə qatılmaqdan imtina ediblər.

Kralın bundan məyus olduğu bildirilir.

Sənətçilərin mayın 6-da Vindzor qəsrindəki tədbirdə çıxış etməkdən imtinalarının səbəbi onların iş qrafikinin sıx olması ilə əlaqələndirilir.

III Çarlzın tacqoyma mərasimi ərəfəsində Şiranın Texasda konserti planlaşdırılıb, Adelin o zaman üçün çıxışları barədə isə məlumat yoxdur.

Həmçinin qeyd edilir ki, III Çarlzın tədbirdə görməyi arzuladığı sənətçilər arasında Harri Stayls da var. Kral musiqi proqramını şəxsən özü seçib. O xahiş edib ki, yunan kilsə musiqisi onun 2021-ci ildə vəfat edən mərhum atası Şahzadə Filippin xatirəsinə səsləndirilsin.

Mənbə: “Daily Mail”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir