Ana Səhfə

Ebru ilə Sılanın adından dələduzluq edən Azərbaycanlı həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Sıla və Ebru Gündeşi Bakıya gətirmək adı ilə 200 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin məhkəməsi keçirilib.

XəbərAl.az-ın verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda T.Vəlizadənin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, T.Vəlizadə azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri – Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verəcəklərini vəd edərək onlardan 200 min dollar alıb. Lakin vədinə əməl etməyib və pulu da geri qaytarmayıb.

Buna görə iş adamlarının şikayəti əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə təqsirləndirilərək həbs edilib.

Zərərçəkmişlərdən biri də iş adamı Rövşən Hacıyevdir. Onun işçisi Əli Vəliyev iş adamı ilə T.Vəlizadə arasında vasitəçi olub və müdirindən 140 min dollar alaraq Turala verib.

T.Vəlizadə isə dələduzluq etmədiyini, sadəcə borc pul aldığını deyib. Həm də 140 min yox, 120 min dollar aldığını qeyd edib.

Proses yanvarın 25-də davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir