AKTUAL

Keçmiş Bələdiyyə sədri yeni vəzifəyə təyin olundu

Sharing is caring!

Sumqayıt Bələdiyyəsinin keçmiş sədri Sultan Əsədov yeni vəzifəyə təyin olunub.

XəbərAl.az xəbər verir ki, ötən həftə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsindən istefa verən Sultan Əsədov yeni posta təyin olunub. O, bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutacaq.

S. Əsədov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009-cu və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilib və sədr müavini işləyib. 21 aprel 2016-cı il tarixində keçirilən iclasda qurumun sədri məsələsi səsverməyə çıxarılıb və S. Əsədov Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Ötən həftə o, öz ərizəsi ilə sədr vəzifəsindən azad olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir