Siyasət

Prezidentdən işğaldan azad olunmuş ərazilərlə bağlı 20 milyonluq SƏRƏNCAM

Sharing is caring!


Prezident İlham Əliyev yeni Qubadlı – Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

President.az-ın xəbərinə görə, sərəncamla Xudafərin – Qubadlı – Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı – Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılır.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə həvalə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir