İqtisadiyyat

“AzərEnerji” ötürmə xətlərində yüklənməni aradan qaldırmaq üçün yeni layihəyə başlayıb – FOTO

Sharing is caring!


Bakı şəhəri Xətai rayonunun sürətlə artan sənaye və sosial obyektlərin, o cümlədən “Ağ Şəhər” kompleksinin elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi, “Bakı” İstilik Elektrik Mərkəzində istehsal olunan enerjinin ötürülməsində məhdudiyyətlərin, həmçinin 110 kV-luq “Əhmədli” və “8-ci kilometr” ötürmə xətlərində ifrat yüklənmənin aradan qaldırılması məqsədilə “AzərEnerji” tərəfindən yeni layihənin icrası həyata keçirilir.

“Azərenerji” ASC-dən verilən məlumata görə, hazırda layihənin icrası üzrə 110 kV-luq “Həzi Aslanov” və “Ağ Şəhər” yarımstansiyaları arasında yeraltı ikidövrəli kabel xətlərinin “Bakı” İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasına giriş-çıxış sxemi ilə qoşulması üzrə işlər davam etdirilir. Bu məqsədlə 8 Noyabr prospektində nəqliyyatın hərəkətini dayandırmadan, qismən məhdudlaşdırmaqla işlər aparılır. Qeyd edək ki, 8 noyabr prospektində işlər yekunlaşmaqdadır.

Paralel olaraq “Bakı” İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasında yeni avadanlıqlarla komplektləşdirilmiş 2 ədəd yuva quraşdırılır. Nəticədə, 110 kV-luq ”Əhmədli”, “Həzi Aslanov”, “Ağşəhər” yarımstansiyaları ilə “Bakı” İstilik Elektrik Mərkəzinin enerji halqası yaradılır. Ən əsası isə 8 Noyabr prospektinin estetik görünüşünü gözəlləşdirmək məqsədilə “Bakı” İstilik Elektrik Mərkəzi ilə “Həzi Aslanov” yarımstansiyası arasında hazırda mövcud olan yüksək gərginlikli köhnə dayaqlardan ibarət ümumilikdə 1,4 km uzunluqda hava xətti sökülərək ləğv ediləcək. Həmin hava xətti yeraltı kabel xəttinə keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir