İdman

Basketbol millimizdən tarixi uğur: Avropa çempionatına vəsiqə qazandılar – FOTO/VİDEO

Sharing is caring!

Azərbaycanın 3×3 basketbol üzrə kişilərdən ibarət milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, milli komanda Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarımfinalda Lüksemburq yığmasına (15:13), finalda isə İrlandiya komandasına (20:16) qalib gəlib.

Bununla da Azərbaycan millisi 9-11 sentyabr tarixlərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, final Avstriyanın Qrats şəhərində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi basketbolun 3×3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir