11 may 2020-ci il tarixdə səhər saat 03-04 radələrində Nəsimi rayonu, Moskva prospekti 74 ünvanın qarşısında yol kənarında naməlum şəxslər tərəfindən qanunsuz olaraq 10 ədəd ağacın kəsilməsi aşkarlanmışdır. Kəsilmiş ağacların 99- GL-041 dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobilinə yığılaraq naməlum istiqamətdə daşındığı müəyyən edilmişdir. Törədilmiş qanunsuzluqların araşdırılaraq ciddi tədbir görülməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən dərhal Rayon Prokuroruna və Rayon Polis İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara məlumat verilmişdir.
Oxşar Xəbərlər
İsveç gələn həftə rəsmən NATO-nun üzvü olacaq
NATO-nun Brüsseldəki qərargahında martın 11-də İsveçin bayrağı qaldırılacaq. Qeyd olunur ki, tədbirdə İsveçin Baş naziri Ulf Kristersson, Ali Baş Komandan Mikael Büden, eləcə də NATO ölkələrindən səfirlərin iştirakı gözlənilir. Qeyd edək ki, İsveç 2022-ci ilin mayında NATO-ya üzvlük üçün müraciət edib. Rəsmi Ankara Stokholmun üzvlüyünü 2024-cü ilin yanvarında təsdiqləyib. İsveç NATO-ya üzv olan 32-ci ölkə […]
10 yaşlı Nurayın müalicəsi üçün 500 manat lazımdır – FOTO
10 yaşlı Nurayın sizin dəstəyinizə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Nazlı Abbasova məlumat verib. O bildirib ki, övladında anadangəlmə əqli gerilik var. “Nurayda anadangəlmə əqli gerilik var. Son bir neçə ildə isə qıcaması yaranıb. Gün ərzində 4-5 dəfə qıcama tutur. Biz kirayədə yaşayırıq, evdə tək yoldaşım işləyir. Nurayın isə biraylıq müalicəsi 500-600 manat […]
Britaniya kralı ölkəyə qayıdan oğlu ilə görüşməkdən imtina etdi
Böyük Britaniya kralı III Çarlz ölkəyə səfərə gələcək kiçik oğlu şahzadə Harri ilə görüşməyəcək. Bu barədə Bukingem sarayındakı mənbələrə istinadən məlumat yayılıb. Bildirilib ki, kralın gündəliyində oğlunu görmək üçün vaxtı yoxdur. Bununla yanaşı, şahzadə Uilyam da gələn həftə Böyük Britaniyaya səfər edəcək kiçik qardaşı ilə görüşməyi planlaşdırmır. Xatırladaq ki, şahzadə Harri atasını sonuncu dəfə 2023-cü […]