11 may 2020-ci il tarixdə səhər saat 03-04 radələrində Nəsimi rayonu, Moskva prospekti 74 ünvanın qarşısında yol kənarında naməlum şəxslər tərəfindən qanunsuz olaraq 10 ədəd ağacın kəsilməsi aşkarlanmışdır. Kəsilmiş ağacların 99- GL-041 dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobilinə yığılaraq naməlum istiqamətdə daşındığı müəyyən edilmişdir. Törədilmiş qanunsuzluqların araşdırılaraq ciddi tədbir görülməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən dərhal Rayon Prokuroruna və Rayon Polis İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara məlumat verilmişdir.
Oxşar Xəbərlər
Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktor işdən ÇIXARILDI – FOTO/VİDEO
Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktoru işdən çıxarılıb. Oxu.Az-ın məlumatına görə, direktor Esmira İbrahimova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, ötən gün Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Belə ki, direktor sentyabrın 14-də müəllimlər üçün yaratdığı “WhatsApp” qrupuna səs […]
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Xese Rodrigez karyerasını Azərbaycanda davam etdirə bilər. “Report”un əldə etdiyi məlumata görə, vinger “Sabah”la anlaşmağa yaxındır. Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək. Hazırda Türkiyə Superliqa təmsilçisi “Ankaragücü”nün heyətində çıxış edən Xese Rodrigez “Real Madrid”in yetirməsidir. Karyerası ərzində Madrid klubu ilə yanaşı, […]
Güclü isti və rütubətli havada işə getməmək “lüks”ü varmı? – “Həkim qərar verməlidir” + FOTO
Müqaviləsiz işlətmək cinayət məsuliyyətidir: “Qapalı məkanlarla bağlı isə heç bir məhdudiyyət yoxdur” Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, növbəti 10 gün ərzində Abşeron yarımadasında hava çox isti və rütubətli olacaq. Temperaturun 40 dərəcəyədək yüksələcəyi barədə xəbərdarlıq edilib. Temperaturla yanaşı, rütubətin də kəskin artacağı insanlarda narahatlıq yaradır. Çünki ikisinin birləşməsi insan orqanizminə mənfi təsir göstərir. Ürək-damar, […]