AKTUAL manset

Partiya sədrinin müavini: “Əbülfəs Qarayev həbs olunacaqmı?”

Sharing is caring!

Dünən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat göstərdi ki, proses davam edir, neqatif hallar aşkarlanacaqsa bundan sonra da davam edəcək (Ümumiyyətlə DTX-nın son dövrlər keçirdiyi əməliyyatlar xalq arasında çox yüksək səviyyədə qəbul olunur, Təhlükəsizlik orqanlarının yüksək peşəkarlığa malik olduqlarını bir daha sübuta yetirir, itirilmiş nüfuzunun bərpası üçün böyük rol oynayır).Mədəniyyət Nazirinin müavini Rafiq Bayramov və Nazirliyin nəzdindəki Dövlət Xidmətinin rəisi Zakir Sultanov yol verdiyi korrupsiya əməllərinə görə həbs olundular. Azərbaycan mədəniyyətinin inkişafına məsul olan şəxslər ən böyük mədəniyyətsizlik nümayiş etdirərək dövlət əmlakını talayıblar. Bir qismi ermənilər tərəfindən dağıdılan mədəniyyət və incəsənət əsərlərinin qalanınını da bu xəyanətkarlar talan edib, yağmalayıblar. Məşhur filmdə deyildiyi kimi; belələrinə nə ad verəsən, “ tüfeyli, qrabitel”.

DTX vətəndaşlara müraciət edir

Keçək məsələnin digər tərəfinə. Belə bir rəzalətdən sonra nazir Əbülfəs Qarayev heç nə olmamış kimi kiçik açıqlama verməklə yaxasını qırağa çəkməyə çalışır. Təbi ki, bu boyda talançılığın olması nazirdən xəbərsiz ola bilməz. Əgər kimsə iddia edirsə ki, nazirin bu işlərdən xəbəri olmayıb, səhv düşünür. Təbii ki, xəbəri var. Heç bir nazir müavini, idarə rəisi öz başına belə qələt etməz. Necə olur ki, hər kəs fəxri adların pul müqbilində verildiyindən, tenderlərin hansı şəraitdə keçirildiyindən, xarici qastrollara milyonlara pul yazılaraq mənimsənildiyindən danışır, amma nazirin bu olanlardan xəbəri olmur.

DTX-nin tutduğu məmur sərbəst buraxıldı – Foto – Turkustan.info

 

Nə isə! Bir mədəniyyət naziri ki, öz xalqının dilində danışa bilmir, ruhən Azərbaycanlı deyil və özünü bu xalqın nümayəndəsi hesab etmirsə bu adam hansı üzlə Azərbaycan mədəniyyətini təmsil edə bilər? Bir halda ki, nazir bu olanlara adi hal kimi baxır vay bizim halımıza. Bu tip məmurlar öz məsuliyyətsiz hərəkətləri ilə Azərbaycan xalqına və Prezidentin apardığı siyasətə xəyanət edirlər. Radikal müxalifətin, beşinci kolonun əlinə fürsət verərək Dövlətin üzərinə qaldırırlar. Mənə görə belələri beşinci kolondan daha təhlükəlidirlər. Bütün bu olanlardan sonra Əbülfəs Qarayev təcili şəkildə istintaqa cəlb olunmasa, Azərbaycan xalqını bir sual düşündürəcək: “bəs nazir hara baxırdı, niyə o da həbs olunmur”?

Arzuman Abdulkərimov
Ana Vətən Partiyasının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir