“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirildi. Abşeron Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Bakı QHT Resurs və Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 28 aprel 2022-ci il tarixində Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni çıxış edərək layihənin əsas məqsədi haqqında məlumat verdi. Bildirildi ki, layihənin məqsədi Bakı QHT Resurs və Təlim Mərkəzinin üzvü olan QHT rəhbərlərinin və personalının professional idarə etmə qabiliyyətlərinin artırılması üçün institusional (informativ, metodiki təşkilatı və digər) dəstəyin təşkil olunması bununla ölkədə vətandaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdan ibarətdir.Sonra Abşeron Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüqar Bəşirov çıxış edərək rayonunda QHT-lərin fəaliyyəti barədə məlumat verdi.Daha sonra Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova çıxış edərək Qeyri-Hökumət Təşkilatlarında könüllülük hərəkatının vacibliyini bildirdi.Qeyd edək ki, Bakı QHT Resurs və Təlim Mərkəzi Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən QHT-lərin tədbir və layihələrini yüksək səviyyədə təşkil olunması üçün hər bir texniki avadanlıqla təchiz olunub. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən QHT-lər üçün hüquqi, eyni zamanda davamlı tərzdə artması və inkişafı üçün əlverişli mühit yaradılacaqdır. Buna əsasən layihə çərçivəsində ictimai, dövlət və özəl sektorda milli QHT-lərin işinin və potensial rolunun artmasına yardım göstərilməsi, vətəndaş cəmiyyəti quruculuğunda milli hökumət və hər hansı beynəlxalq təşkilata informasiya və digər cəhətdən yardım göstərilməsi, hökumət, milli və beynəlxalq donorlar, texniki müəssisələr, mətbuat və xüsusi agentliklərlə əlaqələrinə kömək göstərilməsi nəzərdə tutulur.
Oxşar Xəbərlər
Rusiya ordusu Ukraynada öz mövqelərini mərmi atəşinə tutdu
Zaporojye yaxınlığındakı Rusiya qüvvələri öz mövqelərinə “Solntsepek” mərmi qurğusundan zərbələr endiriblər. Bu barədə 60-cı əlahiddə piyada briqadasının 97-ci piyada batalyonu “Facebook”da məlumat verib. Həmçinin, ukraynalı döyüşçülər bu cür hərəkətləri müsbət qarşıladıqlarını bildirərək, bunu “dost atəşi” adlandırıblar. Xeberal.az
Akardan taxıl dəhlizi ilə bağlı AÇIQLAMA
“Bir gün Ukrayna, bir gün Rusiya nümayəndələri ilə görüşərək hadisələri yumşaltmaqla bu nöqtəyə gəlmişik”. Bu sözləri Türkiyənin mili müdafiə naziri Hulusi Akar 13-cü Səfirlər Konfransında Ukraynadan taxıl daşınması ilə bağlı danışarkən bildirib. Türkiyəli nazir taxıl sazişinin davam edəcəyini qeyd edib: “Saziş etiraz olmadığı halda 120 gün davam edəcək. Bu müqavilə Ukrayna limanlarından taxıl daşınmasını əhatə […]
Peskov: “Azərbaycan və Ermənistan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”
“Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin “Birinci Kanalı”nın efirində bildirib. “Onlar artıq müharibə aparan tərəflər deyillər. Onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur”, – Kreml nümayəndəsi bildirib. Qeyd edək ki, bu gün […]