Cəmiyyət

Xırdalanda QHT-lər üçün texniki xidmətlərin göstərilməsi sahəsində tədbir keçirildi

Sharing is caring!

“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirildi. Abşeron Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Bakı QHT Resurs və Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 28 aprel 2022-ci il tarixində Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni çıxış edərək layihənin əsas məqsədi haqqında məlumat verdi. Bildirildi ki, layihənin məqsədi Bakı QHT Resurs və Təlim Mərkəzinin üzvü olan QHT rəhbərlərinin və personalının professional idarə etmə qabiliyyətlərinin artırılması üçün institusional (informativ, metodiki təşkilatı və digər) dəstəyin təşkil olunması bununla ölkədə vətandaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdan ibarətdir.Sonra Abşeron Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüqar Bəşirov çıxış edərək rayonunda QHT-lərin fəaliyyəti barədə məlumat verdi.Daha sonra Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova çıxış edərək Qeyri-Hökumət Təşkilatlarında könüllülük hərəkatının vacibliyini bildirdi.Qeyd edək ki, Bakı QHT Resurs və Təlim Mərkəzi Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən QHT-lərin tədbir və layihələrini yüksək səviyyədə təşkil olunması üçün hər bir texniki avadanlıqla təchiz olunub. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən QHT-lər üçün hüquqi, eyni zamanda davamlı tərzdə artması və inkişafı üçün əlverişli mühit yaradılacaqdır. Buna əsasən layihə çərçivəsində ictimai, dövlət və özəl sektorda milli QHT-lərin işinin və potensial rolunun artmasına yardım göstərilməsi, vətəndaş cəmiyyəti quruculuğunda milli hökumət və hər hansı beynəlxalq təşkilata informasiya və digər cəhətdən yardım göstərilməsi, hökumət, milli və beynəlxalq donorlar, texniki müəssisələr, mətbuat və xüsusi agentliklərlə əlaqələrinə kömək göstərilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir