Qazaxıstan-Rusiya sərhədində respublikaya daxil olan xarici vətəndaşların sayı artıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb: “Bu gün Qazaxıstan-Rusiya sərhədində Qazaxıstan Respublikasına daxil olan xarici vətəndaşların sayında artım müşahidə olunur. Mövcud 30 avtomobil keçid məntəqəsi normal rejimdə işləyir. Dördündə sərnişin və nəqliyyat vasitələrinin axınının artması ilə əlaqədar sıxlıq yaranıb”. Qeyd edək ki, […]
Bakıda xarici ölkə vətəndaşlarının bank kartlarından külli miqdarda pul oğurlamaqda təqsirli bilinən Pakistan vətəndaşı, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Mustafa Ghulama hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1996-cı il təvəllüdlü M.Ghulam Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. Məhkəmə araşdırması zamanı bildirilib ki, pakistanlı tələbə əlbir […]
Son dövrlərin qlobal xəstəliyi hesab edilən piylənmə nəticəsində insanlarda bir çox yanaşı xəstəliklər sürətlə artmağa başlayıb. Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən də zaman-zaman bu istiqamətdə xəbərdarlıqlar edilir. Xüsusilə ikinci tip diabet, hipertoniya, qaraciyər piylənməsi, ürək-damar xəstəlikləri, diz-oynaq xəstəlikləri, bəzi nevroloji və psixoloji xəstəliklər, bədəndə piylənmə ilə bağlı yaranan disfunksiyaları misal çəkmək olar. Bir çox sağlamlıq problemi […]