Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələri və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alınaraq, dekabrın 31-də marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. “Sıxlığın yaranmaması və ictimai nəqliyyata […]
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş […]
“Müalicəsi həkim nəzarətində davam edir. Artıq zənglərə də özü cavab verir”. Bu sözləri Oxu.Az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib. O bildirib ki, reabilitasiya prosesi müsbət irəliləyişlərə doğru davam edir: “Qardaşımın vəziyyəti şükür yaxşıdır. Hər gün danışıram. Mobil telefonu artıq özündədir. Müayinə zamanları istisna olmaqla […]