“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər andımıza çevrilib. Hər birimiz andımıza sadiq olmalıyıq. Ölkəmizdə uşaqların müdafiəsi, onlara diqqət və qayğının göstərilməsi istiqamətində geniş miqyaslı işlər görülür. Ölkə Prezidenti Cənab İlham Əliyevin sayəsində uşaq və gənclərin hərtərəfli inkişafı üçün görülən işlər genişlənməkdədir. Ulu Öndər Heydər Əliyevin ideyalarını yaşadan Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biri də məhz uşaqların uğurlu gələcəyinə söykənir. Fondun Prezidenti, Birinci Vitse Prezident Mehriban Xanım Əliyevanın, fondun Vitse prezidenti Leyla Xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan, qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan uşaqlara diqqət, qayğı və mərhəmətlə yanaşmaları hər birimizə nümunədir. İnsan ruhunu dincəldən, dünyanın bütün pisliklərindən uzaq, səmimi, sevgisinin qarşılığında təmənna gözləməyən balalarımızın 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək olsun. Fidanları bir gün deyil, hər gün qayğı və sevgi ilə yaşatmalıyıq. Əziz və istəkli uşaqlarımıza sağlam, milli ruhda böyüməyi diləyirəm! “BUTA” körpələr evi – uşaq bağçasının direktoru, “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı.
Oxşar Xəbərlər
İnstitut direktoru: “İndi hansı zəmanədir ki, “kartoçka” ilə lüğət çap edirlər?” – MÜSAHİBƏ + FOTO
Dünyanın bir çox ölkələrində izahlı lüğət tərtibatçıları hər ilin sözünü seçirlər. Həmin ənənə bu il də davam edib. Belə ki, müxtəlif ölkələrdə, hətta eyni ölkənin bir neçə ali məktəbinin dil fakültələrində tərtibatçılar 2023-cü ilin sözünü seçiblər. Bəs ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu belə bir addım atmaq istəyirmi? Bu və digər məsələlərlə […]
Azərbaycan MN Rusiya tərəfinə ötən gün Qarabağda baş verən insidentlə bağlı cavab verib
“Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayılıb”. Bu sözlər Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi […]
Göygöldə içməli suyun verilməsində problemlər yaranıb – FOTO
Göygöl şəhərinin bəzi hissələrində içməli suyun verilməsində problemlər yaranıb. Bu barədə “Report”un Qərb bürosuna Göygöl şəhər sakinləri məlumat veriblər. Onların sözlərinə görə, bir neçə gündür içməli suyun verilişi dayandırılıb. Sakinlər buna görə də su maşınları vasitəsilə gətirilən içməli sudan istifadə etməyə məcbur olublar. Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemə şəhərə gələn su […]