“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər andımıza çevrilib. Hər birimiz andımıza sadiq olmalıyıq. Ölkəmizdə uşaqların müdafiəsi, onlara diqqət və qayğının göstərilməsi istiqamətində geniş miqyaslı işlər görülür. Ölkə Prezidenti Cənab İlham Əliyevin sayəsində uşaq və gənclərin hərtərəfli inkişafı üçün görülən işlər genişlənməkdədir. Ulu Öndər Heydər Əliyevin ideyalarını yaşadan Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biri də məhz uşaqların uğurlu gələcəyinə söykənir. Fondun Prezidenti, Birinci Vitse Prezident Mehriban Xanım Əliyevanın, fondun Vitse prezidenti Leyla Xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan, qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan uşaqlara diqqət, qayğı və mərhəmətlə yanaşmaları hər birimizə nümunədir. İnsan ruhunu dincəldən, dünyanın bütün pisliklərindən uzaq, səmimi, sevgisinin qarşılığında təmənna gözləməyən balalarımızın 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək olsun. Fidanları bir gün deyil, hər gün qayğı və sevgi ilə yaşatmalıyıq. Əziz və istəkli uşaqlarımıza sağlam, milli ruhda böyüməyi diləyirəm! “BUTA” körpələr evi – uşaq bağçasının direktoru, “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı.
Oxşar Xəbərlər
Dünən vəfat edən polkovnikin qızı İŞİD-çi idi…
Qan Turalı yazır… Dünən axşam saatlarında internet saytlarına düşən bir xəbər ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədovun vəfatından xəbər verirdi. İlkin yayılan məlumatlarda zabitin pensiya kartına blok qoyulmasından və zabitin həmin qərara etiraz edərkən infarkt keçirdiyindən bəhs edilirdi. “İcra haqqında” qanunun 65-ci maddəsi icra sənədi icra edilərkən tutulmaların məbləğini maksimum 50 faizlə məhdudlaşdırır. Qərar da bu […]
“Moskva-Siti” göydələrinin birində yanğın baş verib – VİDEO
Rusiya paytaxtında “Moskva-Siti” biznes mərkəzinin göydələrindən birində yanğın baş verib. Məlumata görə, yanğın “Capital Towers”in 55-ci mərtəbəsində başlayıb. 22:30 radələrində (Bakı vaxtı ilə 23:30 – red.) yanğın söndürülüb. Xilasedici xidmətləri yanğınla bağlı araşdırma aparırlar. Mənbə: fontanka.ru Xeberal.az
Daxili İşlər Nazirliyi sürücülərə müraciət etdi – Xəbərlərin 23:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. “Fransa Ermənistanı silahla doldurur”. Rusiyalı politoloq Qərb və Avroppanın Cənubi Qafqazla bağlı planlarını açıqladı. Sabahdan paytaxt yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Daxili İşlər Nazirliyi sürücülərə müraciət etdi. “Qoymurdu, qapını kilidləyirdi, qoymurdu içəri”. Abşeronda analığı tərəfindən döyülən məktəblinin nənəsi hansı faktları açıqladı? Daha ətraflı “Baku News”un 23:00 buraxılışında: Xeberal.az