Cəmiyyət

Göygöldə içməli suyun verilməsində problemlər yaranıb – FOTO

Sharing is caring!

Göygöl şəhərinin bəzi hissələrində içməli suyun verilməsində problemlər yaranıb.

Bu barədə “Report”un Qərb bürosuna Göygöl şəhər sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, bir neçə gündür içməli suyun verilişi dayandırılıb. Sakinlər buna görə də su maşınları vasitəsilə gətirilən içməli sudan istifadə etməyə məcbur olublar.

Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemə şəhərə gələn su xəttinin Toğanalı kəndi ərazisindən keçən hissəsində yaranmış fəsad səbəb olub:

“Hazırda Göygöl Rayon Sukanal İdarəsi tərəfindən növbəli şəkildə, gecə və gündüz boruda təmir işləri davam etdirilir. Yaxın zamanda fəsad aradan qaldırılacaq və şəhər içməli su ilə təmin olunacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir