11 may 2020-ci il tarixdə səhər saat 03-04 radələrində Nəsimi rayonu, Moskva prospekti 74 ünvanın qarşısında yol kənarında naməlum şəxslər tərəfindən qanunsuz olaraq 10 ədəd ağacın kəsilməsi aşkarlanmışdır. Kəsilmiş ağacların 99- GL-041 dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobilinə yığılaraq naməlum istiqamətdə daşındığı müəyyən edilmişdir. Törədilmiş qanunsuzluqların araşdırılaraq ciddi tədbir görülməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən dərhal Rayon Prokuroruna və Rayon Polis İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara məlumat verilmişdir.
Oxşar Xəbərlər
Lerikdə qəzaya düşənlərin son durumu AÇIQLANDI
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların son durumu açıqlanıb. TƏBİB-dən verilən məlumata görə, xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Bildirilib ki, xəstəxananın reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Qeyd edək ki, […]
Yaxası medallı Feyziyev BÜDCƏNİ BELƏ YEYİR… – Əlahəzrət Avropa da onun işindən BAŞ ÇIXARA BİLMƏDİ…
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.Xəbəral.az Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 45 855 968.2 AZN olan müqavilədə “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, […]
Apteklərdə qadağan olunmuş dərman satılır – VİDEO
Apteklərdə qanunla satışı qadağan olunan dərmanların satışı davam edir. Paytaxt ərazisində yerləşən bir neçə aptekdən satışı qadağan edilmiş “diprospan” adlı preparatı rahatlıqla əldə etmək mümkündür. Analitik Ekspertiza Mərkəzindən Baku TV-yə verilən açıqlamaya görə, sözügedən dərmanın apteklərdən toplanması qanunvericiliklə tənzimlənir. Daha ətraflı süjetdə: Xeberal.az