“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il trixindən “Ailədən cəmiyyətə yayılan təhlükə” adlı layihə icra edəcək. Layihə rəhbəri İradə Nəsirovanın sözlərinə görə layihə əsasən Şirvan vıə İmişli şəhərində icra olunacaq. İradə xanım bildirdi ki, layihənin ideyası ailələri tərəfindən küçələrə atılmış uşaqlara psixoloji, tibbi və hüquqi yardım göstərməkdən ibarətdir. Bunun üçün Şirvan və İmişli rayonlarında küçələrdə yaşayan uşaqlarla görüş keçiriləcək və onların valideynləri tapılacaq. Küçədə olduğu üçün depressiya və stres yaşayan uşaqlara psixoloji və tibbi yardımlar göstəriləcək. Eyni zamanda, onlarla aparılan söhbətlər əsasında valideynləri tapılacaq. Onlara da psixoloji dəstək göstəriləcək. Övladlarını küçələrə atmağa hansı psixoloji və sosial hadisələrin təsir etdiyi müəyyənləşdiriləcək. Daha sonra uşaqlar sığınacaqlara cəlb ediləcək. Burada psixoloq onlarla mütəmadi görüşlər keçirəcək. Ailələrə və uşaqlara bununla yanaşı hüquqi və tibbi yardım da ediləcək. Daha sonra uşaqların cəmiyyətə yenidən, daha sağlam fikirli fərdlər olaraq adaptasiyası üçün tədbirlər görüləcək. Onlar məşğələlər və kurslara cəlb olunacaq. Şirvan şəhərində yerləşən sığınacağa cəlb olunmuş iki uşağın həyat hekayəsi ilə bağlı film çəkiləcək.
Oxşar Xəbərlər
ABŞ-də ermənilərin əsir götürdükləri azərbaycanlının həyatından bəhs edən film təqdim olunub – FOTO
ABŞ-nin Nyu-York şəhərində erməni hərbçilərin əsir götürdükləri Bəxtiyar adlı şəxsin həyatından bəhs edən “Nəfəs” filmi təqdim olunub. “Report”un ABŞ bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı Nyu-Yorkun qədim “Village East by Angelika” kinoteatrında baş tutub. Təqdimat mərasimində filmin yaradıcı heyəti, ABŞ-də yaşayan Azərbaycan icmasının fəalları, BMT-də fəaliyyət […]
Parlamentdə azad edilmiş ərazilərdə mina terroru ilə bağlı dinləmə keçiriləcək
Milli Məclisdə azad edilmiş ərazilərdə mina terroru ilə bağlı dinləmə keçiriləcək. APA xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2024-cü il yaz sessiyası üçün İş Planına daxil edilib. Sessiya müddətində ANAMA ilə birgə “Azad edilmiş ərazilərdə mina terroru: Ermənistanın hərbi cinayətlərinin davamı kimi” mövzusunda dinləmələr keçiriləcək. Xeberal.az
“Dərinləşən media islahatı”nda içdilər,dava düşdü, ağır söyüşlər söydülər
Xəbəral.az-ın məlumatına görə, “Dərinləşən media islahatı”nda ağır söyüşlər eşidilib Şuşada 22 iyulda keçirilən “Dərinləşən Media İslahatı” konfransında dava düşüb, söyüşlər göydə uçuşub. Xəbəral.az xəbər verir ki, orda iştirak edən jurnalistlərdən birinin “Time TV”-yə verdiyi məlumata görə, özünü media kapitanı adlandıran şəxslər spirtli içki qəbul etdikdən sonra hərəkət və davranışlarına nəzarəti itiriblər. Bizə 4 həmkarımız olayın […]