Xarici siyasət

Avropadakı havadarlarından maliyyə dəstəyi alan Aybəniz İlqar nə istəyir?

Sharing is caring!

Azərbaycanın üz qaralarından olan, özünü Azərbaycan uğruna siyasi yazar və siyasi fəal kimi ictimaiyyətə sırıyan və Aybəniz İlqar kimi tanınan Sərkarova Aybəniz Fransada oturub tasmasını tutanların qabağına atdığı yala hürməkdə davam edir. Avropada oturan bu siyasi mühacirlərin əslində, erməni lobbisi tərəfindən maliyyələşdirildiyi və firavan həyat sürdüyü heç kimə sirr deyil. Konkret olaraq Aybəniz İlqara gəldikdə Facebook sosial şəbəkəsində Aybəniz İlqar-Fatih adı ilə şərəfsizcəsinə antimilli, antiazərbaycan təbliğatı aparmaqla məşğuldur. Azərbaycanın 30 illik “məğlub xalq” adını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə, ölkə prezidentinin quruculuq işlərinə, xalqın milli-mənəvi dəyərlərinə radikal münasibət bildirən Aybəniz İlqar və onun kimilərinin yalnız bir adı var: Vətən xaini! Həyasəzcasına dövlətin hər bir sahəsinə çamur atan bu qadının bütün fəaliyyəti onun murdar xislətindən irəli gəlir. Avropadakı havadarlarından maliyyə dəstəyi alan Aybəniz İlqar və onun “məsləkdaşları” aldıqları qəpik-quruşun müqabilində qalib Azərbaycan xalqının qalib liderinə nifrət püskürməsi tasması tutanların qarşısında götürdükləri öhdəlikdən qaynaqlanır. Amma Aybəniz İlqarlar bir şeyi unutmasınlar ki, artıq xalq Avropada oturub Azərbaycan prezidentinə qara yaxan siyasi mühacirlərin məqsədini anlayır. Ona görə onların, yəni o siyasi mühacirlərin nə danışmasının qalib xalqımız üçün artıq heç bir əhəmiyyəti yoxdur. Azərbaycan xalqı birlik olaraq qalib lider İlham Əliyevin arxasındadır. İlham Əliyev xalqına arxalanır. Siz Aybəniz İlqarların yeri isə xalq məhkəməsi qarşısında qurulacaq ittiham kürsüsü olacaq!

Qarşı tərəfin movqe haqqını tanıyırıq

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir