İdman

“Barselona”nın baş məşqçisi Messinin Kataloniya klubuna mümkün qayıdışı barədə danışıb

Sharing is caring!

“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin futbolçusu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı barədə danışıb.

Oxu.Az xəbər verir ki, ispaniyalı mütəxəssis Avropa Liqasında “Mançester Yunayted”ə qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında qapılarının hər zaman argentinalının üzünə açıq olduğunu deyib:

“Barselona” Messinin evidir. Qapılarımız hər zaman onun üzünə açıqdır. Dünyanın və tarixin ən yaxşı futbolçusu həmişə “Barselona”da xoş qarşılanacaq”. 

Messinin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdir. Tərəflər hələ də yeni sözləşmə imzalamayıblar. İspaniya mətbuatı 35 yaşlı futbolçunun atası və meneceri Xorxe Messinin Kataloniya klubunun prezidenti Joan Laporta ilə görüşdüyünü yazıb. Onların mümkün qayıdışı müzakirə etdikləri bildirilib.

Xatırladaq ki, Messi 2004-2021-ci illər aralığında “Barselona”nın əsas komandasında çıxış edib.

Mənbə: “Mundo Deportivo”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir