Təhsil

Lənkəran təhsilində BÖYÜK YEYİNTİ – Nazirə müraciət olundu

Sharing is caring!

“Azərbaycan Respublikasi Təhsil Nazirliyinə səslənirəm. Lənkəran rayon Soltan Əliyev adina Haftoni qəsəbə tam orta məktəbin direktoru Sevər Agayeva işlədiyi müddət ərzində təkcə texniki heyyətdən 100000 AZN-ə qədər pul mənimsəyib”. DİA.AZ xəbər verir ki, bu barədə “Təhsil Şikayətləri” sosial qrupundakı paylaşımında Hikmət Rüstəmov adlı istifadəçi qeyd edib.



Daha sonra iddiaçı yazır: “Daxili nəzarətdən gələn yoxlama dediklərimdən artiq mənimsəmə oldugunu aşkara çixartdi. Bütün maliyə sənədlərinə təsərrüfat müdirinin yerinə özü imza atib.

Son 5-6 ilin davamiyyət jurnallarini yoxa çixarib ki korrupsiya əməllərini gizlətsin. İmza ekspertizası aparılsa hər şey aydın olacaq.

Bilmək istəyirəm, nədən direktor hələ də iş başindadir? Kimdir onun himayədarı?

Budurmu Təhsil Naziri Emin Əmrullayevin ədaləti?”

İddia olunanlarla bağlı Xəbəral.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…DİA.AZ

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir