Şou-Biznes

Şəbnəmdən Vasifə tərs şillə: “Övladımla bağlı bir söz deyənin dilini qopardaram” – VİDEO

Sharing is caring!

Müğənni Şəbnəm Qəhrəmanovanın illər əvvəl “Lider mən” verilişində Əməkdar artist Vasif Məhərrəmlini xəsis adlandırması və qarşı tərəfin cavab olaraq “Ailəli deyilsən, amma uşağın var. Bəs bu uşağın atası kimdir?” cavabı ikili arasında böyük qalmaqala səbəb olub.

Xəbəral.az xəbər verir ki, getdikcə daha da alovlanan bu məsələyə Şəbnəm “MTV Maqazin” proqramında son qoyub.

Ş.Qəhrəmanova V. Məhərrəmli tərəfindən onun oğlunun atasının kimliyi ilə bağlı səsləndirdiyi ifadələri çirkin adlandıraraq, qarşı tərəfə nota yollayıb.

“Xəsis sözü təhqir deyil. Siz xanımla düşmənçilik aparırsınız. Belə bir açıqlama verməyib, mənə zəng etsəydiniz, doğru şəkildə izahını sizə verərdim. Siz bu məsələni efirə yansıtdınız. Barəmdə çirkin ifadələr səsləndirdiniz. Ciddi yox, rişxənd edərək o sözləri mənə söylədiniz. Özünüzlə məni səhv salmayın. İnsanları rişxənd etməyi sevmirəm. Övladımla bağlı nəsə başqa bir söz deyənin dilini qopardaram. Mən bir anayam, övladımı böyütməyə çalışıram. Hər şeyin həddi, çərçivəsi var”.Bizim.Media

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir