Cəmiyyət

“Prius” yoldan çıxaraq aşdı: Sürücü öldü – FOTO

Sharing is caring!

Hacıqabulda baş verən qəzada sürücü ölüb.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.

Əmiraslanov Elşən Qəmbər oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq aşıb.

Sürücü hadisə yerində ölüb.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin keçmiş eksperti vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir