Təhsil

Məmmədli kənd tam orta məktəbinin direktoru Könül Hüseynova niyə cəzalandırılmır?

Sharing is caring!

Abşeron rayonu Məmmədli kənd orta məktəbinin direktoru  Hüseynova Könül  Vaid qızı məktəbdə baş verən intihara cəhd  faktını ört-basdır etməyə çalışır.

Məktəbdə baş verən hadisə ilə bağlı  mediada yayılmış məlumatları xahiş, tanışlıq hesabına sildirməyə müvəffəq olan direktor yaman əl-ayağa düşüb.  Məktəb şağirdləri  və eləcə də valideynlər tərəfindən  sosial şəbəkələrdə yayılmış faktlarla bağlı statusların altında yazılan direktorun tərifnamələri səngimir. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

İndi isə baş vermiş hadisəni təsdiq edən və xəsarət alan  şağirdin özündən danışaq.  Quliyev Allahverdi  Qalib oğlu   özünün yaza bilmədiyi mətn ilə sosial şəbəkədə açıqlama verib ki, direktordan şikayətçi deyil.

Çox acınacaqlı haldır ki, qolu qırılıb, başı yarılan şagirdin valdieyni bir sıra vasitələr ilə susdurulub.  Əgər bir şagird pəncərədən özünü atırsa  və pəncərə kifayət qədər hündürlükdədirsə bu artıq intihara cəhd sayılır.  Axı ordan düşəndə öləcəyini bilə-bilə niyə özünü aşağı atasan?!  Bu şagirdin psixologiyası ilə bağlı heç bir psixoloq rəyi yoxdur.  Əgər şagirdin dəli olmasına dair sənədi varsa direktor onu niyə normal şagirdlərin içərisinə hansı formada buraxa bilib?!…

Demək ki, bütün olanların arxasında  məsuliyyətsizlik, rüşvətxorluq, vəzifədən sui istifadə etmə kimi hallar durur.

Araşdırmalarımıza görə şagirdin məktəb təhsili çox zəifdir və bu konteksdə yazını yazması mümkün deyil. Nəzərə alsaq ki, bu yazı direktorun himayədarları tərəfindən yazılıb və şagirdlər məcburi şəkildə rəy yazmağa məcbur edilir.  Demək ki, direktor səksəkədədir.  Əgər onun günahı yoxdursa  bəs onda direktor nədən qorxur?

Onu bağışlamaq olarmı?

Oxucuların nəzərinə çatdıraq ki, nə müəllimlərin nə də şagirdlərin davranış qaydalarında məktəbin pəncərəsinə çıxmaqla bağlı bir müddəa yoxdur.  Pəncərə şagird arenası deyil və ordan yıxılan şagirdə görə nəzarətsiz qalan sinfin müəlliməsi, bundan xəbəri olub göz yuman direktor  günahkardır.  Sosial şəbəkələrdə şagirdin ehtiyatsızlıq edib yıxıldığına dair şərhlər direktor tərəfindən mütəmadi olaraq yazdırılır. Pəncərə ehtiyatsızlıq etmək yeridir? Bəlkə məktəbdə uşaqlara pəncərə sildirirlər xəbərimiz yoxdur?  Direktorun məsuliyyətsizliyi ucbatından o pəncərədən ehtiyatsızlıq edib neçə şagird yıxılacaq?

Bəs neçə şagird bundan sonra sağ qalacaq?

Faktla bağlı ümüd edirik ki,  Təhsil Nazirliyi və cənab nazir Emin Əmrullayevin lazım olan qərarı verəcək. Günahkarlar cəzalanacaq.

Qeyd edək ki, bir neçə gün öncə  Azərbaycan mediasında bununla bağlı informasiya yayılmışdır.

Məlumatda bildirilib ki,  ötən ilin dekabr ayının 24-ü nəzarətsiz qalan növbəti sinifdə hadisə baş verib.

Məktəbin 9-cu sinif şagirdi Quliyev Allahverdi  Qalib oğlu  özünü məktəb binasının pəncərəsindən ataraq intihara cəhd edib. Şagirdi Sabunçu xəstəxanasına çatdırırlar. Nəticədə şagirdin yuxarı ətraf sınığı (qolu sınıb), kəllə beyin travması alması həkimlər tərəfindən müəyyən olunub. Nəzarətsiz qalan şagirdin başına gələn hadisə ilə bağlı aidiyyatı olan polis bölməsinə məlumat verilib.


Faktı təsdiqləyən şagirdin yazısını da sizə təqdim edirik: 

PS. Xəbəral.az– ın növbəti yazısında Abşeron rayonu Məmmədli kənd orta məktəbinin direktoru  Könül Hüseynovanın qarşıdan gələn 8 mart qadınlar günü münasibəti ilə, məktəbdə “şıdırığı” pul yığımı ilə bağlı sizlərə ətraflı məlumat verəcəyik. Necə deyərlər? “Köhnə hamam köhnə tas”

Bizi izləyin…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir