Tədbirlər

“Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi Qazilərlə görüş keçirib

Sharing is caring!

“Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi “Vətən Müharibəsində qanı bahasına mübarizə aparmış qazilərə dəstək” layihəsini icra edir.

“Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Vətən müharibəsi qazilərinə dəstək məqsədi ilə icra olunan bu layihə 2022-ci ilin fevral-iyun aylarını əhatə edəcək.

Layihə çərçivəsində Şəki, Oğuz, Qəbələ, Beyləqan və Füzuli rayonlarında tədbirlər keçirilib

Məqsəd Vətən müharibəsi zamanı yaralanmış veteranların sosial-psixoloji dəstək tədbirlərinə cəlb etməklə problemlərinin həllinə yardımçı olmaqdır. Layihənin icra ediləcək bölgələrdə sosial-psixoloji yardıma ehtiyacı olan qazilər müəyyənləşdirilir, onlarla ilkin görüşlər keçirilir.

Toplanmış məlumatlar əsasında qruplaşma aparılır, layihənin işçi heyət müəyyənləşib, qazilərə yardım etmək üçün ekspert, hüquqşunas və psixoloq cəlb edilib.

Onlar qazilərin probemlərini dinləyərək yerindəcə onları həll ediblər.

Layihə Vətən müharibəsi iştirakçılarına yardım məqsədi ilə keçirilən tədbirlərə dəstək olacaq.

Xəbəral.az xəbər verir ki, layihə Şəki, Oğuz, Qəbələ Beyləqan, Füzuli rayonlarında həyata keçirilib. Qazilər maraqlı təkliflər söyləyərək ,layihənin davamlı olmasını arzu etdilər!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir