Tədbirlər

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilmişdir

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar mədəni proqram təqdim olunmuşdur. Tədbirdə DTX-nin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak etmişlər.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir