Siyasət

Nazir: “9 ay ərzində sənaye zonalarında məhsul istehsalı 41,5% artıb” – FOTO

Sharing is caring!

2022-ci ilin 9 ayında sənaye zonalarında məhsul istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,5% artaraq 2,1 milyard manatdan çox, ixrac isə 55,3% artaraq 846,1 milyon manat təşkil edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında bildirib.

Nazir qeyd edib ki, bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3% olub. İndiyədək sənaye zonalarında 8 milyard manat dəyərində məhsul istehsal edilib və bunun 2,6 milyard manatlıq hissəsi ixrac olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir