Cəmiyyət

Gədəbəydə avtomobil məktəbliləri vurdu

Sharing is caring!

Gədəbəydə piyadaların vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar arasında məktəblilərin də olduğu deyilir. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə rayonunun Zəhmət kəndində baş verib:

“Hadisə nəticəsində 2006-cı və 2005-ci il təvəllüdlü iki sərnişin və 2016-cı il təvəllüdlü iki piyada xəsarət alıb. Qəza zamanı “Volkswagen Passat” markalı avtomobil iki məktəblini vurub. Məktəblilər dərhal Gəncə şəhər xəstəxanasına çatdırılıb. Ümumilikdə xəsarət alanlardan biri qız, üçü oğlandır. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar başladılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir