Tədbirlər

Cəlal Qurbanov: ŞƏHİD ÖVLADLARI ÜÇÜN VƏTƏN ATADIR! – FOTO+ VİDEO

Sharing is caring!

Nə yaxşı ki, nur üzlü şəhidlərimizin bizə əmanət etməklə şərəfləndirdikləri övladları, nişanələri, doğmaları var. Həmişə “ Ana Vətən” deyirik, amma şəhid övladları üçün Vətən atadır. Atalarının yaşanmamış xoşbəxtlikləri də onların haqqıdır. Çünki bu atalar sənin, mənim demədən Vətən üçün, hamımızın övladları üçün canlarından keçiblər.
100-dən artıq şəhid övladı ata qucağı görmədən dünyaya gəlib. Səhidlərimizin səmimi,pak, ağıllı balaları əlimizi bir an belə buraxmayaraq, bizə sanki bir vətəndaş kimi öz məsuliyyətlərimizi xatırladırlar. Mən öz keçirdiyim uşaqlığı onlara hədiyyə etmək istədim. Dostlarımızla onların üzlərindəki təbəssümü görmək, bu uşaqların xoşbəxtlik səslərini eşitmək, hər diləklərini yerinə yetirmək üçün yenə bir araya gəldik. Komandamız, eləcə də könüllülərlə bərabər onların bu sevgi boşluğunu doldurmağa çalışdıq.
Layihələrimizdə hər zaman dövlət qurumlarının, xüsusilə Daxili İşlər Nazirliyinin, Turizm Agentliyinin, Heydər Əliyev Fondunun dəstəyini hiss etmişik.
Məhz bu stimul və əhval ruhiyyə ilə
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri sayları 3000-dən artıq olan şəhidlərimizin əmanətlərinə təsəlli olmağa davam edəcək.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir