Dünya

Ukrayna 17 milyard dollarlıq Rusiya texnikasını məhv edib – FOTO

Sharing is caring!

Ukraynada tammiqyaslı müharibə başlayandan bəri Rusiya raketlər istisna olmaqla, burada 16,56 milyard dollar dəyərində 12142 vahid texnika itirib.

Bu barədə “Forbes Ukraine” məlumat yayıb.

Rusiyanın ən böyük itkiləri arasında 750 milyon dollarlıq Moskva raket kreyseri,

 86 milyon dollarlıq İl-76 desant təyyarəsi xüsusilə qeyd edilib.

Altı ay ərzində Ukrayna qüvvələri 82 milyon dollar dəyərində 15 Rusiya gəmisini batırıb.

Həmçinin, Rusiya 5,3 milyard dollar dəyərində 234 təyyarə itirib ki, bu da itkilərinin ən əhəmiyyətli hissəsini (32,1%) təşkil edib.

Ukrayna Baş Qərargahının məlumatına görə, avqustun 24-nədək Ukrayna Silahlı Qüvvələri 45 min 700 rusiyalı həbçini məhv edib.

Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles bildirib ki, Rusiyanın yaralılarla birlikdə ümumi itkiləri 80 min nəfərdən çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir