Dünya

Yaponiyada 36 nəfəri öldürən şəxs edam olunacaq

Sharing is caring!


Kioto Rayon Məhkəməsi 2019-cu ilin iyul ayında Yaponiyanın “Kioto Animation” animasiya studiyasını yandıraraq 36 nəfəri öldürən 45 yaşlı Sindzi Aobanı təqsirli bilib və ölüm cəzasına məhkum edib. Hakimiyyət cinayətkara ölüm cəzası istəyən yerli prokurorluğun vəsatətini təmin edib.

Müdafiə tərəfi hücumçunun özündə olmadığını israr etsə də, hakim Aobanın ağlı başında və şüurlu olduğunu təsdiq edib.

Qeyd edək ki, Sindzi Aoba 18 iyul 2019-cu ildə “Kioto Animation” studiyasında yanğın törədib. Yanğın zamanı 36 nəfər ölüb, 33 nəfər yaralayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir