İdman

Niderland da 1/8 finala vəsiqəni təmin etdi

Sharing is caring!

Futbol üzrə Avropa çempionatı davam edir. 

“XəbərAl.az” xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha üç qarşılaşma baş tutub.

Əvvəlcə C qrupu çərçivəsində Ukrayna və Şimali Makedoniya yığmaları üz-üzə gəlib. Üç qolluq qarşılaşma ukraynalıların qələbəsiylə başa çatıb. Bu qrupun digər matçında Niderland və Avstriya milliləri qarşılaşıb. Niderlandlılar inamlı qələbə sayəsində 1/8 finala çıxıblar.

B qrupunda isə Danimarka və Belçika milli komandalarının görüşü baş tutub. Belçika da əzmkar qələbə qazanmaqla mərhələ adlayan komandalar sırasına qoşulub. Daha öncə İtaliya da 1/8 finala yüksəlmişdi.

AÇ-2020
17 iyun

B qrupu

Danimarka – Belçika 1:2
Qol: Y.Poulsen, 2 – T.Hazard, 55. K.D.Bruyne, 71.
Baş hakim: Byörn Kuypers (Niderland).
Kopenhagen. Parken stadionu.

C qrupu

Ukrayna – Şimali Makedoniya 2:1
Qol: A.Yarmolenko, 29. R.Yaremçuk, 34 – E.Alioski, 57-pen.
R.Malinovski 84-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Fernando Andres Rapallini (Argentina).
Buxarest. Milli Arena.

Niderland – Avstriya 2:0
Qol: M.Depay, 11-pen. D.Dumfris, 67.
Baş hakim: Orel Qrinfeld (İsrail).
Amsterdam. Yohan Kroyf Arena.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir