Cəmiyyət

Oxu.Az-ın müxbiri Malatyada: “Çökən bina bir neçə il əvvəl yaşayış üçün bloklanıbmış” – VİDEO

Sharing is caring!

Türkiyədə fevralın 6-da baş verən zəlzələdən zərər çəkənlərin axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

Oxu.Az-ın Malatya bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, xilasedici qüvvələrin olduğu binada iki oğlan uşağının cəsədi çıxarılıb.

Azərbaycanlı tələbələrin yaşadığı binanı bir neçə il öncə bloklayıblar. Əvvəlcədən zəlzələyə davamlı olmadığı ilə bağlı məlumat verilib. Həmin binada yaşamaq qadağan olunub. Sakinlər qadağaya baxmayaraq girib, yaşayıblar. Ətrafdakı bütün binalar yaxşıdır, bir tək bu bina çöküb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda  həlak olanların sayı 20 665 nəfərə çatıb.

Almaz Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir