Tədbirlər

“Şəhid Analarına Dəstək ” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid kapitan Əsəd Həsənova həsr olunmuş xatirə gecəsi keçirilmişdir

Sharing is caring!

“Şəhid Analarına Dəstək ” İctimai Birliyinin təşkilatçılığı ilə
Mayın 6 da saat 17.00 da Nizami kino mərkəzində şəhid kapitan Əsəd Həsənova həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Xatirə gecəsində Əsəd Həsənovun haqqında çəkilmiş ” Şahdağ Cavab Ver” adlı sənədli filmin təqdimatı oldu.

Filmin təqdimatında şəhid ailələri, Millət vəkilləri, mügənnilər , jurnalistlər, ictimai xadimlər, təşkilat rəhbərləri, zabitlər ,qazilər , kursantlar,şəhidin ailə üzvləri, eləcə də regionalardan gələn qonaqlar iştirak etmişdilər.

Tədbir Azərbaycanın Respublikasının Dövlət himni açıq elan olunmuş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra filmin təqdimatı nümayiş etdirilmiş,film haqqında gələn qonaqlar öz fikirlərini söyləmişdir.

Mügənnilər , Mugam ustası Nuriyyə Hüseynova, İncəsənət xadimi Şəmistan Əlizamanlı, Əməkdar artist Səlim Abbasov, Əməkdar Artist Aqşin Abdullayev, sevilən müğənni Vüqar Bəxtiyarov Vətənpərvərlik mövzusunda musiqi səsləndirmişdilər.

Şəhidin valideynləri çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.

Təranə Alməmmədova.

Xarıbülbül Ədəbi Məclisinin, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir