Şou-Biznes

SON DƏQİQƏ: Müğənni Afət Fərmanqızının həyat yoldaşı azadlığa buraxıldı

Sharing is caring!

Xəbəral.az-a müğənni Afət Fərmanqızının indilərdə verdiyi məlumata görə, həyat yoldaşı Mamed Nanacanov azadlığa buraxılıb.

Müğənni bildirib ki, artıq Mamed azadlıqdadır.Sağ olsun hüquqmühafizə orqanları. Haqq, ədalət öz yerini tapdı.Sabah özüm, video çəkib xüsusi təşəkkür bildirəcəm.

Xatırldaq ki, bir neçə gün öncə, müğənni Afət Fərmanqızının həyat yoldaşı iki maddə üzrə təqsirli bilinərək həbs edilmişdi.

Xəbəral.az-ın əldə etdiyi məlumata görə, M.Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunur. O, yanvarın 31-i səhər saatlarında Xəzər rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Xəzər rayon Məhkəməsinin qərarı ilə M. Nanacanov barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir