İqtisadiyyat

Azərbaycanda vergi daxilolmaları 4% artıb – FOTO

Sharing is caring!


“Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% çox – 15 milyard 337,7 milyon manat vəsait daxil olub”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“O cümlədən, son bir ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9% artaraq 9 milyard 15,8 milyon manata çatıb.

Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir”, – deyə nazir əlavə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir