İdman

Azərbaycan Premyer Liqası: Mövsümdə ikinci dəfə ən yüksək məhsuldarlıq qeydə alınıb

Sharing is caring!


Azərbaycan Premyer Liqasının cari mövsümündə ikinci dəfə ən yüksək məhsuldarlıq qeydə alınıb.

Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, bu, XVI turda keçirilən oyunlarda baş verib.

Geridə qalan turda qapılara 19 qol vurulub. “Sumqayıt” – “Qarabağ” oyununda (1:6) yeddi, “Neftçi” – “Turan Tovuz” matçında (3:2) beş, “Sabah” – “Səbail” görüşündə (4:0) dörd, “Qəbələ” – “Kəpəz” qarşılaşmasında (0:3) üç qol olub. Yalnız “Zirə” ilə “Araz-Naxçıvan”ın dueli qolsuz bitib.

Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bu həm 2023/2024 mövsümünün, həm də son iki ilin rekordunun təkrarıdır. Cari çempionatın X turunda da 19 qol vurulub. Oktyabrın 20-22-də gerçəkləşən matçların orta məhsuldarlığı 3,80-ə bərabər olub.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 25 ay əvvəl təsadüf olunub. 2021/2022 mövsümünün X turunda 4 oyunda 17 qol vurulub. 2021-ci il noyabrın 6-7-də reallaşan matçların orta göstəricisi 4,25 olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir