Cəmiyyət

Ağdaşda özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Sharing is caring!

Baş Prokurorluq Ağdaşda özünü yandıran şəxslə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında özünü yandırmış 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev ümumiyyətlə müharibə iştirakçısı olmayıb, ona müharibə ilə əlaqədar əlillik təyin edilməyib.

Qeyd edək ki, bəzi sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısının özünü yandırmasına dair məlumat və videogörüntülər paylaşılıb.

İlkin araşdırma zamanı Rəvan Fətəliyevin pensiya ödənişi ilə bağlı özünü yandırması, əl və üz nahiyəsində I dərəcəli yanıq izlərinin olması və hazırda vəziyyətinin stabil, qənaətbəxş olması müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

“Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən bu kimi həssas mövzularla bağlı məlumatların yalnız dəqiqləşdirildikdən sonra yayılması xahiş olunur”, – məlumatda deyilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir