Tədbirlər

Azərbaycan Gənc Oftalmoloqlarla bağlı tədbir keçirildi

Sharing is caring!

Bu gün Avropa Oftalmoloqlar Cəmiyyətinin soevision.org internet səhifəsində dekabr ayı üçün olan online dərgisində Azərbaycan Oftalmoloqlar Cəmiyyəti Gənc Oftalmoloqlar Komitəsinin təşkilatçılığı ilə baş tutmuş 15-ci Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və 1-ci Azərbaycan Gənc Oftalmoloqlar Forumu haqqında məqalə paylaşıldı. Geniş tərtib olunmuş məqalədə konfrans və forum haqqında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti Gənc Oftalmoloqlar Komitəsinin katibi Dr. Lalə Məmmədova ərtaflı əhatəli məlumat vermişdir. Xatırladaq ki, XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və I Azərbaycan Gənc Oftalmoloqlar Forumu zamanı Avropa Oftalmoloqlar Cəmiyyəti Gənc Oftalmoloqlar Azərbaycan təmsilçisi Dr. Lalə Məmmədova 2gün ərzində Avropa Oftalmoloqlar Cəmiyyətinin ilk dəfə təşkil etdiyi İnstagram Takeover-də ( İnstagram sosial media hesabı idarəetməsi) ilk təmsilçi olmağı bacarmışdı. 2gün ərzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlarını bütün Avropa oftalmoloqları və o cümlədən Dünya izlədi. Tədbir bitdikdən sonra Avropa Oftalmoloqlar Cəmiyyəti Gənc Oftalmoloqlar Cəmiyyəti rəhbərliyindən AOC GO komitəsinin katibi Dr. Lalə Məmmədovaya təbrik və təşəkkür məktubları ünvanlandı. Lalə xanımın konfrans və forum haqqında məqalə yazılması xahiş edildi. Azərbaycan Gənc Oftalmoloqlarının bu uğuru münasibəti ilə onları təbrik edir uğurlarının daim olmasını arzulayırıq.
Bu məqaləni sizə təqdim edirik.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir