Şou-Biznes

Müğənni aranı qatdı, aşıq döyüldü – Şərurlu İsfəndiyarın “Hollivud“unda dava

Sharing is caring!

İş adamı Şərurlu İsfəndiyarın sahibi olduğu “Hollivud” restoranında insident yaşanıb.

XəbərAl.az-ın məlumatına görə, otel biznesi ilə məşğul olan iş adamlarından birinin təşkil etdiyi ziyafətdə dava düşüb. Belə ki, ziyafətin aparıcısı müğənni Nüşabə Musayeva ilə ev sahibi arasında anlaşılmazlıq olub. Bu zaman müğənni əlində olan bakalı yerə çırpıb. Sonra məclisdə dava düşüb. Dava zamanı qonaqlardan biri aşıq Fəzail Miskinliyə yumruq vurub. Aşıq huşunu itirərək yerə yıxılıb.

Aranın qızışdığını görən ziyafəti təşkil edən iş adamı qonaqları sakitləşdirib. (Unikal.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir