İdman

“Mançester Siti” və “Liverpul” növbəti raundda, “Çelsi”, “Arsenal” və “Tottenhem” kuboksuz qaldı – VİDEO

Sharing is caring!

İngiltərə Liqa Kubokunda (EFL Cup) 3-cü raundun oyunları keçirilib.

Hazırda Premyer Liqanın lideri olan “Arsenal” “Brayton”u qəbul edib. “Topçular” çempionatdakı uğurlu çıxışlarını Liqa Kubokda davam etdirə bilməyərək rəqibinə məğlub olublar – 1:3.

“Nottinhem”lə  “Tottenhem” arasındakı oyun da gözlənilməz nəticə ilə başa çatıb və daha bir paytaxt komandasının turnirdən kənarlaşdırılmasını rəsmiləşdirib – 2:0.

Gecənin ən maraqlı oyunu isə Mançesterdə baş tutub. Burada London “Çelsi”si “Mançester Siti”nin qonağı olub. “Şəhərlilər” “zadəganlar”ın qapısından 2 cavabsız top keçirərək Liqa Kubokunda növbəti mərhələyə adlayıblar 2:0. 

Beləliklə də, hər üç London klubu (“Arsenal”, “Tottenhem” və “Çelsi”) İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb.

“Liverpul” isə “Derbi Kaunti”nin öhdəsində yalnız penaltilər seriyası ilə gəlib – 0:0 (3:2).  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir