Şou-Biznes

“Paşinyanın ağlı olsaydı öz millətinin əlində parça-parça olmazdı”

Sharing is caring!

“Paşinyanın ağlı olsaydı öz millətinin əlində parça-parça olmazdı. Ölümünü asta-asta seçməzdi, gülləni çaxardı başına, vəssalam”.

Bu sözləri Xalq artisti Flora Kərimova Qələbə münasibəti ilə bildirib.                    Xalq artisti daha sonra sevinc göz yaşları içərisində aşağıdakıları qeyd edib:

“Əsrlərdir Azərbaycanı dünya öz fantaziyasına uyğun təsəvvür elədi. Bizim haqqımızda deyirdilər ki, alverçidirlər, amma erməni xalqı döyüşçüdür. Qurban olum Allaha, sən demə, bizi arxasınca çağıran bir insan lazım idi. Allah Ali Baş Komandanı bizə çox görməsin. Televizorda onun çıxışlarını izləyirdim, yumruğunu qaldırırdı, az qalırdı televizorun şüşəsini sındırsın, qürur duyurdum. Onun “Qarabağ bizimdir” ifadəsi şüara döndü, hər birimizin içində yatan o qəhrəmanı oyatdı. Mən düşünürəm ki, Ali Baş Komandan Milli Qəhərəman adına layiq görülməlidir. Hər bir millətin başında onu öz arxası ilə aparmağı bacaran bir nəfər durmalıdır. O öz yumruğu ilə düşmənə səslənirdi, onun arxası ilə də canavarlar irəli gedirdi. O, adını tarixə yazdırdı. O bizi qələbəyə apardı, həm də başımızı uca edən şərtlərlə. Biz bir şərtdə belə uduzmadıq. Hətta Naxçıvana da yol açdıq, onlara göz dağı verdik!”

Xalq artisti qeyd edib ki, qarşıda Azərbaycanı xoş, Ermənistanı isə ağır günlər gözləyir: “Paşinyan öz əməllərinin cəzasını çəkəcək. Bu məğlubiyyət ona baha başa gələcək. Paşinyanın kişiliyi çatsaydı, başına güllə çaxardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir