Dünya

Borrell: “Aİ missiyası Ermənistan-Azərbaycan sərhədindəki işini yekunlaşdıracaq”

Sharing is caring!

Brüssel Aİ-nin Ermənistan-Azərbaycan sərhədində monitorinq missiyasının mandatını uzatmayacaq.

Bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

Onun sözlərinə görə, müşahidəçilərin işi səmərəli olub, lakin İrəvan və Bakı ilə razılaşmaya əsasən, missiya əvvəldən nəzərdə tutulduğu kimi dekabrın 19-da öz işini başa çatdıracaq.

“Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi nüfuzumuzu qorumaq üçün biz gələn il mümkün mülki missiyaları müzakirə etmək üçün Ermənistana qrup göndərəcəyik”, – deyə Borrell bəyan edib.

Xatırladaq ki, müşahidəçilər yalnız Ermənistan ərazisindən Azərbaycanla sərhəddəki vəziyyəti izləyirdilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir